Ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Minik avtomobillərindən biri işıqforun qırmızı işığında keçərək əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə işıqfora çırpılıb. Sürücü və sərnişinin xəsarət alması ilə nəticələnən hadisə zamanı 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb. NİİM-in əməkdaşları tərəfindən işıqforların bərpa olunması istiqamətində dərhal işlərə başlanılıb.
Qeyd edək ki, bu qəza həm mərkəz, həm də Zığ şosesi istiqamətində nəqliyyat sıxlığının yaranmasına da səbəb olub.
Digər bir qəza isə bu gün günorta saatlarında Nərimanov rayonu, Həsənoğlu ilə Təbriz küçəsinin kəsişməsində qeydə alınıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir ədəd piyada işıqforuna zərər dəyib.