Maşın traktora çırpıldı - Xəsarət alan var

21:33 - 24 Yanvar 2026

Maşın traktora çırpıldı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata əsasən, hərəkətdə olan “KİA” markalı minik avtomobili qoşqulu traktora çırpılıb. Qəzanı görən “Qazel” markalı yük avtomobili isə idarəetməni itirərək əvvəlcə dəmir arakəsməyə, daha sonra yolun kənarına aşıb.

Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, Goranboy sakini, 1994-cü il təvəllüdlü R. Gülməmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az