Şəhid atası maşınla adam vurdu - Ölən qazi atasıdır

11:37 - 25 Yanvar 2026

Şəhid atası maşınla adam vurdu - Ölən qazi atasıdır

Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az