Maşın traktora çırpıldı - 10-cu sinif şagirdi öldü 

09:33 - 01 Mart 2026

Maşın traktora çırpıldı - 10-cu sinif şagirdi öldü 

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.


Manset.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Ramil idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur hadisə yerində dünyasını dəyişib.

Ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az