Ağdaş rayonunda doğuş zamanı uşaq ölüb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Qoşaqovaq kənd sakini, 1998-ci il təvəllüdlü Gülşəndə Telman qızı Nəsirova xəstəxanada uşaq dünyaya gətirərkən körpə ölüb.
Həkimlər ananın ölü uşaq doğduğunu bildirib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.