Hacıqabulda avtomobil 38 yaşlı kişini vurdu

08:47 - 08 İyun 2021

Hacıqabulda avtomobil 38 yaşlı kişini vurdu

Hacıqabul rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az  məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində, "Qədir xum" istirahət mərkəzinin yaxınlığında qeydə alınıb. Xaçmaz rayon sakini, 1983-cü il təvəllüdlü Şahmuradov Rövşən Baloğlan oğlu yolu keçərkən “QAZel” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv