Bakıda işıq dirəklərinin metal hissələrini oğurladı - Saxlanıldı 

20:16 - 26 May 2026

Bakıda işıq dirəklərinin metal hissələrini oğurladı - Saxlanıldı 

Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı hissələri metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az