Gəncədə restoranda YANĞIN

16:17 - 27 May 2026

Gəncədə restoranda YANĞIN

Gəncədə yanğın hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

    Belə ki, sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

    Yanğın yanğınsöndürənlərin çevikliyi nəticəsində söndürülüb, restoran yanğından mühafizə edilib.

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az