Türkiyədə azərbaycanlı qadını güllələdilər - Daha bir yaralı var

16:08 - 06 İyun 2026

Türkiyədə azərbaycanlı qadını güllələdilər - Daha bir yaralı var

Türkiyənin Dənizli şəhərində azərbaycanlı qadınlara qarşı silahlı hücum baş verib.


Manset.az xəbər verir ki, hadisə Pamukkala qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 35 yaşlı Mətanət Altıntop 8 yaşlı oğlu və 32 yaşlı bacısı Turna Kardaşla birlikdə avtomobilə minərkən onun keçmiş sevgilisi Sabit Ö. tüfənglə atəş açıb.

Nəticədə Mətanət Altıntop ayaqlarından, Turna Kardaş isə qolundan yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Mətanət Altıntopun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Sabit Ö. isə ərazidən qaçsa da, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az