logo
logo logo
logo

Yeniyetmə qızı da narkokuryerliyə cəlb ediblər - VİDEO

17:56 - 16 İyun 2026

Yeniyetmə qızı da narkokuryerliyə cəlb ediblər - VİDEO

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.


Manset.az xəbər verir ki, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.

Onların sərnişin kimi istifadə etdiyi avtomobildən 9 kiloqram 915 qram marixuana, ümumilikdə 2 kiloqram isə heroin və metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az