logo
logo logo
logo

Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var

22:40 - 18 İyun 2026

Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var

Astarada qəzada ölən və yaralılar var.


Manset.az xəbər verir ki, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib. Astara rayonunun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazov idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində sürücü T.Eyvazov ölüb. Maşında sərnişin qismində olanlar 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyəti daha ağır olan A.Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir.

Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az