logo
logo logo
logo

Yol kənarında olan 4 piyadanı maşınla vurdu

23:42 - 18 İyun 2026

Yol kənarında olan 4 piyadanı maşınla vurdu

Ağdamda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun 83 saylı İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında olan dörd piyadanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az