logo
logo logo
logo

Lənkəranda yaşayış olmayan evdə YANĞIN

09:19 - 19 İyun 2026

Lənkəranda yaşayış olmayan evdə YANĞIN

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. Hadisə axşam saatlarında rayonun Şağlaser kəndində qeydə alınıb. 


Manset.az-ın məlumatına görə, yanğın kənd sakini, 47 yaşlı Yalçın  Əliyevə məxsus ümumi sahəsi 240 kvadratmetr olan iki mərtəbəli fərdi yaşayış evində baş verib. Yanğın nəticəsində evin dam örtüyünün 50 kvadratmetrlik hissəsi və içəridə olan əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Dərhal

hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndən  avtomobili və şəxsi heyəti cəlb olunub. Yanğın yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı evdə heç kim olmayıb. 

Yanğının hansı şəraitdə baş verməsi təyin olunacaq ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır.


Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az