Xaçmaz sakini göldə boğularaq ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 18-i saat 17 radələrində rayonun Manafoba kəndində baş verib.
1976-cı il təvəllüdlü Hacıbaba Mustafayev həyətindəki süni suvarma gölünə düşərək boğulub.
Onun meyiti sudan çıxarılaraq təhvil verilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.