logo
logo logo
logo

Azyaşlını motosiklet vurub öldürdü - Abşeronda faciə

12:44 - 20 İyun 2026

Azyaşlını motosiklet vurub öldürdü - Abşeronda faciə

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 19-da axşam saat 18 radələrində rayonun Masazır kəndi ərazisində qeydə alınıb. 2007-ci il təvəllüdlü Fuad Azad oğlu Babaşov idarə etdiyi "Minsk D D4" motosikleti ilə Masazır kəndi, "Qurtuluş-93" yaşayış kompleksinin qarşısındakı küçədə hərəkətdə olarkən sola manevr etdiyi vaxt yolu qaçaraq keçən 2022-ci il təvəllüdlü Atilla Rafail oğlu Bağırovu vurub. A.Bağırov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az