Goranboyda qonşular arasında xəsarətlə nəticələnən dava olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Solmaz Hüseynova, 1990-cı il təvəllüdlü Hüseyn Əsədov və onun oğlu 10 yaşlı T. Ə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
İlkin məlumata görə, adıçəkilən şəxslər əkin sahəsinin suvarılması ilə bağlı qonşuları arasında düşən dava zamanı döyülüblər.
Faktla bağlı araşdırma başlanılıb.
***
Tərəflərin qarşılıqlı şikayəti əsasında Goranboy Rayon Polis Şöbəsində müvafiq ekspertizalar təyin olunmaqla araşdırmalar aparılır.
Ekspertizaların rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.