Cəlilabadda evdə yanğın baş verib.
Manset.az-ın verdiyi xəbərə görə yanğın hadisəsi şəhər ərazisində olan birmərtəbəli evdə qeydə alınıb. Dərhal əraziyə FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində alov lokallaşdırılıb və digər tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ev yanar konstruksiyaları və əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğının dəqiq baş vermə səbəbləri araşdırılır.
Nuranə Alisoy