logo
logo logo
logo

4-cü mərtəbədən yıxıldı - 6 gün sonra öldü

13:17 - 02 Avqust 2026

4-cü mərtəbədən yıxıldı - 6 gün sonra öldü

Sumqayıtda bədbəxt hadisə nəticəsində ağır xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Şükürov Şahin Şahvələd oğlu yaşadığı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Qapalı kəllə-beyin travması alan yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, avqustun 1-də saat 08:30 radələrində müalicə aldığı tibb müəssisəsində vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az