Ağsuda kişi evinin həyətində ölü halda tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Növcü kəndində baş verib.
Kənd sakini 48 yaşlı Musayev Ceyhun Hətəm oğlunun meyiti yaşadığı evin həyətyanı sahəsində, ağaclıq ərazidə aşkarlanıb.
Onun hansı səbəbdən ölməsi isə bəlli deyil.