logo
logo logo
logo

Avtomobil 50 metrlik hündürlükdən aşdı - FOTO

09:13 - 07 Avqust 2026

Avtomobil 50 metrlik hündürlükdən aşdı - FOTO

Cəlilabadda avtomobil dərəyə aşıb, xəsarət alanlar var.


Manset.az-ın verdiyi xəbərə görə hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan BMW markalı avtomobilin sürücü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. 

Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya hospitalizasiya olunublar.  

Onlar Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü  Elburus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü  Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov  və 2025-ci il təvəllüdlü M. Məmmədova olublar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az