logo
logo logo
logo

Qaxda qadını ilan sancdı

17:49 - 09 Avqust 2026

Qaxda qadını ilan sancdı

Qaxda təsərrüfat işləri ilə məşğul olan qadını ilan sancıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağyazı kəndinin ərazisində baş verib.

    Zaqatala rayonu Əliabad qəsəbə sakini 47 yaşlı Aygün Muxtar qızı İsgəndərova təsərrüfat işləri aparan zaman ərazidə olan ilan qəfildən onun sağ ayaq pəncəsindən sancıb.

    A. İsgəndərova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. İsgəndərovaya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun müalicəsi Qax RMX-nın Reanimasiya şöbəsində davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az