logo
logo logo
logo

2 qadın dənizdə boğulub öldü

16:45 - 10 Avqust 2026

2 qadın dənizdə boğulub öldü

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.


Bununla bağlı Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1977-ci il təvəllüdlü Ziyafət Kamal qızı Qurbanovanın və 1986-cı il təvəllüdlü Nurlana Muradxan qızı Məmmədovanın meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az