Astarada bir nəfər (kişi) dənizdə batıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisənin şəhərin "Bulvar" ərazisində baş verdiyi bildirilir.
İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Hazırda həmin şəxsin axtarışları aparılır.