Zaqatalada yol nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” və “Ford” markalı iki minik avtomobili toqquşub.
Qəza zamanı “VAZ 2107”nin sürücüsü 39 yaşlı Abdulla Musa oğlu Yusubov, onun sərnişinləri - 29 yaşlı Aytac İsmayıl qızı Səfərova və 26 yaşlı Aygül Şahin qızı Hacıömərov xəsarət alıblar.
Yaralılardan A. Yusubovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Digər iki yaralının müalicəsi isə xəstəxanada davam etdirilir.