Manset.az APA-ya istinadən xəbər verir ki, Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində ölüm halı qurğunun trosunun qırılması nəticəsində baş verib.
***
Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb.
Manset.az Qafqazinfo-ya xəbər verir ki, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib.
Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və daha bir nəfər hündürlükdən yıxılaraq həlak olublar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.