Bu gün Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə vaxtı “Hyundai” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə, marşrut xətti üzrə hərəkət edən avtobus aşıb.
Qəza zamanı 20 yaşlı Zülfiyyə Ağabalayeva, 64 yaşlı Bulxan Alxasov və 77 yaşlı Məhəbbət Əhmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.