logo
logo logo
logo

Lənkəranda kafedə yanğın: Xəsarət alan yoxdur  

13:30 - 17 Sentyabr 2026

Lənkəranda kafedə yanğın: Xəsarət alan yoxdur  

Lənkəran şəhəri, Fikrət Məmmədov küçəsi 23 ünvanında yerləşən "Dosa Mall" ticarət mərkəzinin ərazisindəki "Lankon Cafe" istirahət müəssisəsində yanğın hadisəsi qeydə alınıb.


Manset.az xəbər verir ki, ilkin ehtimala görə, yanğın obyektdəki havalandırma sistemində yaranan nasazlıq nəticəsində baş verib. Alovun ətrafa yayılmasının qarşısı operativ şəkildə alınıb və təhlükə qısa müddətdə aradan qaldırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Görüntülərdən də aydın olur ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb olunub, ətrafdakı sakinlərin və obyekt işçilərinin təhlükəsizliyi təmin edilib.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az