Cəlilabad rayonunda içməli su xəttində qəza olub.
Manset.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. İçməli su xəttində baş verən qəza nəticəsində su yolun hərəkət hissəsinə axıb və ərazini su basıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.