Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb
Manset.az Report-a istinadən xəbər verir ki, meyit rayonunun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkar edilib.
Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Hacıyev Müşfiq Aqil oğluna məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M. Hacıyev Ağdamda şirkətlərdən birində mühafizəçi işləyib.
Faktla bağlı araşdırma aparılır.