logo
logo logo
logo

Qazax Rayon Psixiatriya Xəstəxanasında YANĞIN - 44 xəstə təxliyə edildi

21:33 - 22 Sentyabr 2026

Qazax Rayon Psixiatriya Xəstəxanasında YANĞIN - 44 xəstə təxliyə edildi

Səhiyyə Nazirliyinin balansında olan Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ümumilikdə 98 pasiyentin müalicə aldığı ikimərtəbəli binanın mətbəxində qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Qazax Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Operativ tədbirlər nəticəsində yanğın zonasına yaxın mərtəbədə olan 44 xəstə təhlükəsiz əraziyə təxliyə olunub, xəsarət alan olmayıb.

Pasiyentlərin qidalanmasını təmin etmək üçün müəssisədə 5 günlük ərzaq ehtiyatı formalaşdırılıb. Mətbəx bərpa edilənədək tibb müəssisəsinin həyətində 50 nəfərlik çadır qurulub və müvəqqəti mətbəx yaradılıb.

Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az