logo
logo logo
logo

Bərdədə maşınlar toqquşdu - Yaralılar var

20:17 - 01 Oktyabr 2026

Bərdədə maşınlar toqquşdu - Yaralılar var

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan “KIA Rio” markalı avtomobil “VAZ-2106” markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan şəxslər təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə baş verən qəza zamanı xəsarət alanların kimliyi məlum olub. 

Onlar - Rəhimli Şəmsəddin, Sadiqov İsaq, Sadıqov Elşad, Qasımov Samir və Ərganov Cavid müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralıların müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az