Rusiyada azərbaycanlı kişi bıçaqlanıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, hadisə Moskvanın Nikolskaya küçəsində yerləşən restoranlardan birində baş verib.
Məlumata görə, restoranda müştəri qismində olan azərbaycanlı qardaşların yüksək səslə danışması yan masada əyləşən 4 nəfərin narazılığına səbəb olub.
Həmin şəxslər məsələni aydınlaşdırmaq üçün azərbaycanlı qardaşları restoranın qarşısında gözləyiblər.
Tərəflər küçədə qarşılaşdıqdan sonra aralarında mübahisə yaranıb və hadisə davaya çevrilib.
Dava zamanı qardaşlardan biri – 35 yaşlı Azərbaycan vətəndaşı bədəninin üç nahiyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı polis araşdırma aparır.