Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Almalı kəndində qeydə alınıb.
Kənd sakini Abil Verdiyev bıçaq xəsarəti ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Hadisəni onun qayınatası, 1975-ci il təvəllüdlü Əli Ələsgərov tərəfindən törədildiyi bildirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ə.Ələsgərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.