Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki? hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 2009-cu il təvəllüdlü H. Əhmədov, 1983-cü il təvəllüdlü D. Abuzərov, 2009-cu il təvəllüdlü Q. Ağməmmədov və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.