Salyan rayonunda ağır yol qəzası baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu səhər magistralın rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.