Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şəfa Bağları yaşayış massivində baş verib.
Belə ki, mübahisə zəminində 21 yaşlı Ələkbər Osmanov qonşusu, 39 yaşlı Şahid Məmmədova bıçaqla xəsarət yetirib.
Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ə. Osmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.