Azerbaijan flag

Ağcabədidə kişini maşın vurdu

12:32 - 09 Noyabr 2026

Ağcabədidə kişini maşın vurdu

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini Elxan Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən 1988-ci il təvəllüdlü, Hindarx qəsəbə sakini Elmin Rüstəmovu vurub.

Xəsarət alan piyada Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az