Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.
Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşına ciddi zərər dəysə də, xəsarət alanın olmadığı bildirilir.
Hazırda hadisənin aradan qaldırılması ilə bağlı iş aparılır.