Azerbaijan flag

Samuxda ağır tonnajlı yük maşını yandı - VİDEO

20:43 - 11 Noyabr 2026

Samuxda ağır tonnajlı yük maşını yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samux şəhəri ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “HOWO” markalı yük avtomobilinin təkərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə edilib.

    Xəsarət alan olmayıb.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az