Bakıda üçmərtəbəli evdəki yanğın söndürüldü - Yeniləndi

17:16 - 12 Fevral 2022

Bakıda üçmərtəbəli evdəki yanğın söndürüldü - Yeniləndi

Bakıda üçmərtəbəli ev yanır.

Manşet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az