Tovuzda evdə partlayış oldu, xəsarət alan var

12:02 - 22 Fevral 2022

Tovuzda evdə partlayış oldu, xəsarət alan var

Tovuz rayonunda 2 mərtəbəli binada yanğınla nəticələnən partlayış olub.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Q.Səkiyevə məxsus 2 mərtəbəli, 7 otaqlı evin birinci mərtəbəsinin mətbəxində partlayış olub. Yanğınla nəticələnən hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü P.Səkiyeva yanıq xəsarəti alıb. O, ağır halda xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində mətbəxin 0.5 kvadratmetr sahəsi əşyalarla birgə yanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az