Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

09:31 - 19 Aprel 2022

Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Göyçayda kütləvi zəhərlənmə olub.

 

 Manset.az Lent.az-a istinadla xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki “Zeynəb” restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.

Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az