Bakıda maşın dirəyə çırpıldı- sürücü yaralandı

22:58 - 26 Aprel 2022

Bakıda maşın dirəyə çırpıldı- sürücü yaralandı

Bakı şəhərinin Nərimanov rayonunda “Daewoo” markalı minik avtomobili yol kənarındakı dirəyə çırpılıb.

Manşet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az