Siyəzəndə bıçaqlanma hadisəsi baş verdi

23:42 - 26 Aprel 2022

Siyəzəndə bıçaqlanma hadisəsi baş verdi

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.

Manşet.az "Report"a istinadən xəbər verir ki, hadisə Zarat kəndində qeydə alınıb. Beləki, kənd sakini 1959-cu il təvəllüdlü Nəzərəli Şərafəddin oğlu Fərzəliyev həmkəndlisi tərəfindən bıçaqlanıb.

İlkin məlumata görə, onlar suvarma suyuna görə mübahisə ediblər. Nəticədə N.Fərzəliyev 4 bıçaq zərbəsi alıb.

Yaralıya çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyularaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az