Gəncədə minik maşını “KamAZ”a çırpıldı - xəsarət alanlar var

23:51 - 27 Aprel 2022

Gəncədə minik maşını “KamAZ”a çırpıldı - xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Nizami Məqbərəsinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik maşını “KamAZ” markalı yük maşınına arxadan çırpılıb.

Qəza zaman minik maşının sürücüsü və onun sərnişinləri - Bərdə rayon sakinləri 1998-ci il təvəllüdlü Kənan Salahov,1980-ci il təvəllüdlü Abdullayev Polad xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az