“Azərsun Sənaye Parkı”nda baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

03:04 - 29 Aprel 2022

“Azərsun Sənaye Parkı”nda baş verən yanğın məhdudlaşdırıldı - VİDEO

“Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb. 

Manset.az xəbər verir ki, bu barədə FHN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az