Yük maşını aşdı- Sürücü içəridə qaldı

19:52 - 23 May 2022

Yük maşını aşdı- Sürücü içəridə qaldı

Xızıda yük maşını aşıb.

Fövqəladə Hallar Nazirliyindən Manşet.az-a verilən  məlumata görə, rayonun Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az