Sel nəticəsində Quba-Xınalıq yolu bağlandı – VİDEO

21:17 - 25 May 2022

Sel nəticəsində Quba-Xınalıq yolu bağlandı – VİDEO

Qubaya yağan leysan yağışlar rayonda bir sıra fəsadlara yol açıb. Quba-Xınalıq avtomobil yoluna dağdan iri qaya parçaları qoparaq yolun hərəkət hissəsinə düşüb. 

Manşet.az xəbər verir ki, hadisə yolun əsasən 37 və 38-ci kilometrliyində qeydə alınıb. Yolda hərəkət məhdudlaşıb.

Əsasən Əlik, Haputlu, Xınalıq və Qalaxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Daha ətraflı Baku TV-nin süjetində:

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az