Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bədəlov Əmrah Heydər oğlunu vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bədəninin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.