Saatlı rayonunun Qazanbatan kəndində "Mercedes" markalı minik avtomobili yol kənarına aşıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Manşet.az-a verilən xəbərə görə, nəticədə avtomobil yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.